Azərbaycanda Yaşıl İqtisadiyyat: İqlim Dəyişmələrinə Dair Yeni Yanaşmalar” mövzusunda təlim keçirildi

Azərbaycanda Yaşıl İqtisadiyyat: İqlim Dəyişmələrinə Dair Yeni Yanaşmalar” mövzusunda təlim keçirildi
SOSİAL
17:03 09.10.2025
179
Azərbaycanda iqlim dəyişkənliyi, yaşıl iqtisadiyyat və enerji innovasiyaları üzrə həyata keçirilən layihə çərçivəsində Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti təlim təşkil olunub. Tədbir Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşib.

AZXEBER.COM xəbər verir ki, açılışda iştirakçılar salamlanaraq layihənin məqsədi, məzmunu və müasir yaşıl transformasiya prosesində oynadığı rol barədə məlumat verilib. Layihə rəhbəri Qəmzə Yusubova çıxış edərək layihənin hazırlanması, analitik bazası, elmi-praktik məzmunu və ölkənin iqlim strategiyasına uyğunlaşdırılmış yeni yanaşmalar haqqında geniş təqdimat edib.

Ardınca söz tədbirin eksperti, sahə üzrə mütəxəssis Rasim Məmmədova verilib. O, Azərbaycanda bərpa olunan enerji sektorunun inkişaf dinamikası, yaşıl iqtisadiyyatın prioritet istiqamətləri, eləcə də yeni texnoloji və institusional həllər barədə ətraflı məlumat verib. Ekspertin vurğuladığı məqamlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Layihənin təlimçisi Rəvan Cəfərli isə gənclərlə interaktiv formatda sessiya keçirərək mövzular üzrə praktiki biliklərin mənimsənilməsinə töhfə verib.

Təlimdə çıxış edən Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çandırova peşə təhsilində ekoloji düşüncənin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, tələbələrin yaşıl bacarıqlara yiyələnməsinin gələcək əmək bazarı üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Çandırova xanım həmçinin layihə çərçivəsində hazırlanmış kitabın müəllim və şagirdlər üçün dəyərli metodoloji vəsait kimi istifadəsini yüksək qiymətləndirib.

Tədbirin sonunda "Azərbaycanda Yaşıl İqtisadiyyat: İqlim Dəyişmələrinə Dair Yeni Yanaşmalar” adlı kitabça iştirakçılara təqdim olunub, sual-cavab və müzakirə sessiyası keçirilib. 

Tədbirin təşkilinə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkür bildirilib. 




OXŞAR XƏBƏRLƏR