Azərbaycanda yayılan adi qripdir, yoxsa “Omikron”? – Adil Qeybulla açıqladı

ÖZƏL
12:41 26.12.2022
1837
Son günlər insanlar arasında, uşaq və böyüklərdə qripəbənzər xəstəlik müşahidə olunur. Əsasən, baş-boğaz ağrısı, qızdırma, halsızlıq kimi əlamətlərlə müşahidə olunan xəstəliyə xeyli yoluxmalar var.

Bəs, bu, mövsümi qrip, yoxsa hər hansı digər xəstəliyin əlamətləridir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verib. O, qeyd edib ki, bu gün həm "Omikron” variantının mutasiya variantları, həm də mövsümi qrip yayılmaqla qarışıq situasiya ortaya çıxıb:

"Ümumiyyətlə, pandemiya hələ bitməyib. Nəzərə alsaq ki, bu gün "Omikron” ştamının mutasiya variantları da kifayət qədər geniş yayılıb və bunlar da ölümcül olmadığı üçün, ciddi fəsadlar yaratmadığı üçün insanlar o qədər də fərqində olmurlar. Digər tərəfdən mövsümi respirator xəstəliklərə bu vaxtlarda rast gəlinməsi adi haldır. Buna görə də qarışıq situasiyadır və qripəbənzər xəstəliklərdir. Bunları respirator xəstəliklər adı altında ümumiləşdirmək olar. Hesab edirəm ki, insanlar pandemiyadan xeyli təcrübə qazandılar”.

Professor qeyd edib ki, bu cür hallarda lazım gəldikdə həkimə müraciət etmək lazımdır: "Yaxşı olar ki, xəstələnmiş şəxslər yataq rejimində uzansınlar. Çoxlu maye qəbul etsinlər. Lazım olsa, həkimə müraciət etsinlər, həkim təyinatını yerinə yetirsinlər. Özbaşına antibiotik qəbul etmək, müxtəlif dərmanlar qəbul etmək məqsədəuğyun deyil. Yalnız hərarət yüksək olduqda "Parasetamol”dan istifadə etmək olar, qida rejiminə diqqət etmək, vitaminli qidalar yemək, fiziki aktivliyo artırmaq daha məqsədəuyğundur”.

A.Qeybulla qeyd edib ki, hansısa narahatlıq hiss etdikdə maskadan istifadə etmək lazımdır:

"Bir balaca diskomfort hiss edən şəxslər bayıra çıxdıqda, işə getdikdə maskadan istifadə etsinlər. Xüsusilə, bu, qapalı məkanlarda daha məqsədəuyğundur. Bu, həm də onların özləri üçün müsbətdir. Kollektivdə də sağlam olanlar xəstə olan adamlardan özlərini qorumaq üçün maskadan istifadə etsələr, daha yaxşı olar. Yəni, artıq pandemiyadan bir təcrübə var. Bu maska taxmaqdan da kompleks keçirmək lazım deyil. Hesab edirəm ki, bu təcrübədən də istifadə etmək lazımdır”. 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir