Azərbaycanda yeni gənclər klubu yarandı

GƏNCLİK
23:13 01.03.2012
1752
“İdeya” Gənclər klubu bu il, martın 1-də Azər Aydın, Nərmin Nöqtə, Günel Aşirova və Ülvi Şirinov tərəfindən yaradılıb. AZXEBER.COM-un məlumatına görə, klubun yaranmasında məqsəd sağlam düşüncəli insanların sayını artırmaq, gənc liderlər yetişdirmək, vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolunu artırmaq, eyni zamanda, yeni simaları üzə çıxarmaqdır. Klub müxtəlif tədbirlərlə sosial işlərdən uzaq qalan gənclərə vətəndaş cəmiyyətinin fəal üzvü olmağı aşılayacaq, rəngarəng maarifləndirici layihələrlə onlara hüquq və vəzifələrini öyrədəcək, eyni zamanda, mühüm mövzularla bağlı gəncləri bilgiləndirəcək. “İdeya”da təşkil olunacaq film nümayişləri, müxtəlif kitab təqdimatları, debatlar üzvlərdə müzakirə mədəniyyətinin yaradılması məqsədini daşıyır. Fəaliyyəti dövründə klub üzvlərinin hazırlayacağı reportajlar, məqalələr onlarda həm sosial media alətlərindən istifadə bacarığını artıracaq, həm də qaranlıq qalan və qeyri-ənənəvi mövzuların üzə çıxarılmasında vasitəçi olacaq. Bildiyiniz kimi, mövcud cəmiyyətdə müzakirə, debat mədəniyyəti, fikir müxtəlifliyinə tolerant yanaşma, bir məsələyə çoxprizmalı baxış arzuolunan səviyyədə deyil. Bununla yanaşı, insanlar vətəndaş mövqelərini açıq şəkildə ortaya qoymalı olduqları mövzularda kənara çəkilir, düşüncələrini ifadə etməkdən qorxur və fikirlərini gizlədirlər.

OXŞAR XƏBƏRLƏR