Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "Aqrar İnkişaf Könüllüləri” hərəkatına start verib.
AZXEBER.COM xəbər verir ki, "Aqrar İnkişaf Könüllüləri” hərəkatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, innovativ texnologiyaların tətbiqi və gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır.
İctimai birliyin yaranması haqda gənclər sosial şəbəkələrdə paylaşım edib.