Azərbaycanda yeni medal təsis ediləcək

Azərbaycanda yeni medal təsis ediləcək
SOSİAL
12:26 30.05.2023
110
"Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı təsis ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
OXŞAR XƏBƏRLƏR