Park 4,5 hektar sahəni əhatə edən edən parkda fəvvarələr tikilib, 40 minədək bəzək ağacı və gül kolu əkilib
Bərdə şəhərində Tərtər çayının sol sahilində “Qəhrəmanlar” parkının inşasında son tamamlama işləri aparılır. AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, 4,5 hektar sahəni əhatə edən parkda 1941-1945-ci illər müharibəsində həlak olan bərdəlilərin xatirəsini əbədiləşdirən “Ana” abidəsi və Qarabağ müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə inşa olunub. Burada, həmçinin fəvvarələr tikilib, 40 minədək bəzək ağacı və gül kolu əkilib, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb. Yaxın vaxtlarda istifadəyə veriləcək “Qəhrəmanlar” parkı bərdəlilərin ən sevimli istirahət guşələrindən birinə çevriləcək.