“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara satıldı

“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara satıldı
MARAQLI
10:26 19.04.2026
447
"Titanik” gəmisinin sərnişinlərindən birinə məxsus xilasedici jilet hərracda £530 minə (təxminən 715 min dollar) satılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Henry Aldridge & Son” hərrac evi məlumat yayıb. 

Jilet birinci sinif sərnişini Laura Meybl Frankatelliyə məxsus olub və o, qəza zamanı xilasedici qayıqlardan birinə minərkən onu geyinib.

Əşya uzun illər ailədə saxlanıldıqdan sonra satışa çıxarılıb.
 
APA
OXŞAR XƏBƏRLƏR