Astroloq Hande Kazanova 1-8 noyabr həftəsi üçün bürclərə dair proqnozunu açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, xüsusilə noyabrın 4-nə diqqət çəkərək münasibətlər, maliyyə və şəxsi həyatla bağlı fürsətlərdən danışıb.
Qoç: Maliyyə məsələləri və şəxsi münasibətlər diqqət mərkəzində olacaq. Həftə ərzində sevdiyiniz insanla aranızdakı problemlərin yumşalması və xoş planların gündəmə gəlməsi mümkündür.
Buğa: Ailə, ev və münasibətlərlə bağlı məsələlər ön plana çıxacaq. Çərşənbə günü ünsiyyət problemlərini həll etmək üçün fürsət yarana bilər. Həftəsonu sağlamlığınıza diqqət yetirin.
Əkizlər: İş, ünsiyyət və ticarət sahələrində hərəkətli günlər gözlənilir. İş həyatındakı anlaşılmazlıqları aradan qaldırmaq, sevgi münasibətlərində isə müsbət dəyişikliklər yaşamaq mümkündür.
Xərçəng: Maliyyə, satış, reklam və təhsil məsələləri gündəmdə olacaq. Sevgi həyatında keçmişdən qalan problemləri həll etmək, ailə ilə bağlı xoş yeniliklər yaşamaq ehtimalı var.
Şir: Şəxsi istək və gözləntiləriniz ön plana çıxacaq. Ailə daxilindəki anlaşılmazlıqları aradan qaldırmaq və yaxınlarınızla münasibətləri yaxşılaşdırmaq üçün əlverişli imkanlar yarana bilər.
Qız: Yaxın çevrənizlə ünsiyyət və maliyyə məsələləri diqqət tələb edəcək. Maddi baxımdan müsbət inkişaflar gözlənilir. Həftəsonu xərclərinizə nəzarət etməyiniz tövsiyə olunur.
Tərəzi: Maliyyə problemlərini həll etmək və yeni imkanlar əldə etmək üçün fürsətlər yarana bilər. Dostlarınızdan dəstək görəcək, həftəsonu sosial görüşlərə vaxt ayıracaqsınız.
Əqrəb: Karyera və gələcək hədəflərinizlə bağlı məsələlər ön plana çıxacaq. İş həyatında gözləmədiyiniz şəxslərdən dəstək ala bilərsiniz. Özünüzü ifadə etmək üçün həftə ərzində əlverişli imkanlar yaranacaq.
Oxatan: Səyahət, təhsil, xarici əlaqələr və sosial həyatınız aktiv olacaq. Dostlarınızın dəstəyi ilə gələcək planlarınızı yenidən nəzərdən keçirə bilərsiniz.
Oğlaq: Maliyyə və iş həyatınızla bağlı mühüm məsələləri həll etməyə çalışacaqsınız. Sosial çevrənizdəki dəyişikliklər və iş sahəsində yeni imkanlar diqqət çəkəcək.
Dolça: Şəxsi münasibətlər və karyera məsələləri gündəmdə olacaq. Rəhbərliklə vacib söhbətlər aparmaq, iş həyatındakı anlaşılmazlıqları həll etmək üçün fürsətlər yarana bilər.
Balıqlar: İş, sağlamlıq, təhsil və səyahətlə bağlı məsələlər ön plana çıxacaq. İş həyatından xoş xəbərlər almaq və maliyyə dəstəyi görmək ehtimalı var. Xərclərinizə diqqət yetirin.
Gülay











































