Android telefonlarda təhlükəsizlik boşluğu: Bir SMS-lə sistem çökür

Android telefonlarda təhlükəsizlik boşluğu: Bir SMS-lə sistem çökür
MARAQLI
07:23 03.11.2026
269
Android 12 və daha yeni versiyalarda işləyən telefonlarda xüsusi hazırlanmış bir SMS vasitəsilə cihazı sıradan çıxara bilən təhlükəsizlik boşluğu aşkarlanıb.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, istifadəçinin mesajı açmasına ehtiyac yoxdur. SMS-in arxa planda emalı zamanı telefonun mobil şəbəkə ilə əlaqəsi kəsilir, aktiv zənglər dayandırılır və cihazın funksiyaları bloklana bilir.

Problem "Google Pixel” və "Samsung Galaxy” modellərində müəyyən edilib. "Google” Android 14 və daha yeni versiyalar üçün oktyabr təhlükəsizlik yeniləməsi ilə boşluğu aradan qaldırıb.

Android 13 və daha köhnə versiyalardan istifadə edən cihazların isə risk altında qala biləcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR