AZXEBER.COM-un minval.info-ya istinadən verdiyi məlumata görə, hansısa vebsayta daxil olmaq istəyərkən istifadəçilər guya Daxili İşlər Nazirliyindən gələn xəbərdarlığı görürlər.
Fırıldaqçıların DİN-in adından göndərdiyi bildirişdə pornoqrafik saytlara daxil olanlardan 80 manat cərimə ödəməkləri tələb edilir və əgər 6 saat ərzində məbləğ ödənilməzsə cinayət işinin açılacağı deyilir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.