Azərbaycanda yeni radio fəaliyyətə başladı

Azərbaycanda yeni radio fəaliyyətə başladı
MEDIA
16:58 11.03.2022
327

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilb.

Şuradan AZXEBER.COM bildirilib ki, iclasda bir sıra məsələlər müzakirə olunub.

İlk məsələ olaraq ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib: "Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); "Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM); "İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio); "İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio); "ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio); "Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası). Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun məruzəsi dinlənilib.

Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Gündəlikdə duran ikinci məsələ "Radio TMB” kanalı üçün regionlarda yeni tezliklərin ayrılması olmuşdur. Bununla bağlı Şura aparatının texniki mütəxəssislərinin rəyi dinlənilib.

Daha sonra "Radio Qrup” MMC-nin müraciəti və texniki mütəxəssislərin rəyi əsasıında "Radio TMB” ümumölkə radio kanalının yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən "Poylu” Radio-Televiziya Yayım Stansiyasından 94.1 MHs radiotezliyi və Şəki rayonu ərazisində yerləşən "Təpəcənnət” Radio-Televiziya Yayım Stansiyasından 94.9 MHs radiotezliyi "Radio Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında qərar qəbul olunub.

Bundan sonra, texniki cəhətdən mövcud tezlikdə yayımın aparılmasının qeyri-mümkünlüyü və texniki mütəxəssislərin rəyini nəzərə alaraq "İctimai Radio” ümumölkə radio kanalının yayımı üçün Milli Televiziya və Radio Şurasının 2020-ci il 29 dekabr tarixli 13/2 nömrəli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin istifadəsinə Şuşa rayonu ərazisində yerləşən "Şuşa” Radio-Televiziya Yayım Stansiyasından ayrılmış 90.7 MHs radiotezliyi 88.7 MHs radiotezliyinə dəyişdirilməsi haqqında qərar qəbul olunub.

İclasda, həmçinin, televiziya kanallarının efirində yayımlanan reklam çarxları müzakirə olunub. Bir sıra kanalların efirində yayımlanan bir reklam çarxı ilə bağlı narahatlıqlar dinlənilmiş və yayımçılara bununla bağlı müraciət qəbul olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO
22:53 17.10.2026
Bərdə xəstəxanasında huşsuz vəziyyətdə olan pasiyentin döyüldüyü iddia edilir - VİDEO