Azərbaycanda yeni yumoristik internet layihə başladı - VİDEO

MAQAZİN
17:50 01.05.2013
2192

İnternet məkana tamamilə yeni layihə gəlir.

Bu barədə AZXEBER.COM-a layihənin rəhbəri Emil Nəsirov məlumat verib.Onun sözlərinə görə, məqsəd insanlara pozitiv və təbəssüm bəxş etməkdir.“SHUMBULİ- yumoristik layihədir. Biz bu layihənin yaradıcıları kimi, daha çox aktual olan mövzular üzərində işləyirik. Bu mövzular adətən gündəlik həyatımızda qarşılaşdığımız hadisələrdən ibarətdir” – deyə, E.Nəsirov deyib.Layihə rəhbəri onu da bildirib ki, SHUMBULİ-də hamı özünə xas olan nəyisə tapır və özünü tanıyır.“Təqdim etdiyimiz “Azərbaycansayağı FAQ - avtobus” videosu “MTV Russia” kanalında yayımlanan “FAQ” proqramının Azərbaycan versiyasıdır. Video az qala hər gün istifadə etdiyimiz nəqliyyat vasitəsi, daha doğrusu, avtobus barəsindədir” - o, qeyd edib.Layihənin rəhbəri (rejissoru və ssenaristi) Emil Nəsirovdur. Əsas rollarda Emil Nəsirov, Ağa Əbilov və Eldar Nəbiyev çəkiliblər.“Biz gələcəkdə də insanlara təbəssüm və xoş ovqat bəxş etmək üçün daha maraqlı proqramlar təqdim edəcəyik” - E.Nəsirov bildirib.Layihənin bütün videolarının bu linkdən izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR