Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir

Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
SOSİAL
15:19 13.05.2025
535
Moral Akademidə "Diplomatik Protokol və Zərif Davranışlar” layihəsi yeni formatda fəaliyyətə başlayır.

Kövsər Orucbəyli tərəfindən təsis edilən Moral Akademidə, iş və sosial həyatda insanlarla münasibətdə incəlik, nəzakət qaydaları, özünü düzgün şəkildə təqdim etmək, doğru imic, düzgün geyim tərzinin formalaşdırılması, bədən dilinin əsasları kimi dərslər tədris olunacaq.

Layihə iştirakçılarına sözügedən dərslər üzrə nəzəri və praktiki məlumatlar təqdim ediləcək.

Bundan əlavə, "Diplomatik Protokol və Zərif Davranışlar” layihəsi çərçivəsində, dövlət rəsmiləri, ictimai xadimlər, tanınmış simalar öz iş və sosial fəaliyyətlərində praktiki və motivasiyaedici təcrübələrini layihə iştirakçıları ilə bölüşəcəklər.

Layihə iştirakçıları, praktik və nəzəri olaraq, bir çox rəsmi tədbirlərdə iştirak edəcək, teatr, konsert, restoran və bir çox ictimai məkanlarda, zərif davranış və etiket qaydalarını fərqli tədris metodu ilə öyrənəcəklər.

Qeyd edək ki, 2010-cu etibarən fəaliyyətə başlayan "Diplomatik Protokol” layihəsinin əsas hədəfi gənclərə, sosial və iş həyatında etiket qaydalarının doğru tətbiqinin, səlis və etik danışıq, özgüvən, doğru imicin formalaşması, düzgün geyim tərzinin öyrədilməsi olub. Layihənin rəhbəri və təlimçisi Kövsər Orucbəylinin təşəbbüsü ilə qurulan Moral Akademinin "Diplomatik Protokol və Zərif Davranışlar” layihəsi sözügedən bilikləri daha genişmiqyaslı şəkildə iştirakçılara çatdırmağı hədəfləyir.

Məlumat üçün bildirək ki, dərslər iki ay müddətində qrup şəklində və fərdi qaydada keçiriləcək.

Layihə iştirak etmək üçün: +994 55 5807019

 

 

 

 


OXŞAR XƏBƏRLƏR