İmişlidə çayda çimən 16 yaşlı yeniyetmə boğulub.
Azxeber.com APA-ya istinadən bildirir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini, 2002-ci il təvəllüdlü Quluzadə Şükür Teyyub oğlu Araz çayı üzərində yerləşən hidroqovşağın yaxınlığında çimərkən boğulub. Bir müddət əvvəl yeniyetmənin cəsədi boğulduğu yerdən çıxarılıb.