Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlanıb? - DİN-dən açıqlama

Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlanıb? - DİN-dən açıqlama
SOSİAL
10:57 17.08.2021
1638

Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınması haqda xəbər yayılıb. 

AZXEBER.COM xəbər verir ki, məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

AZXEBER.COM məlumatı  dəqiqləşdirmək üçün Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb. 

O bildirib: "Bu məlumat əsassızdır. Qəsəbəyə giriş-çıxış bağlanmayıb və heç bir məhdudiyyət yoxdur".

 

Qeyd edək ki, qəsəbəyə giriş-çıxışın bağlanması ilə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.


Aydın Nuri


OXŞAR XƏBƏRLƏR