BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Azərbaycanda yük maşını minik avtomobili ilə toqquşdu: ölənlər var

Azərbaycanda yük maşını minik avtomobili ilə toqquşdu: ölənlər var
SOSİAL
09:53 06.03.2020
2465
Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında 3 nəfər ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Renault" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü - Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, onun sərnişinləri - Siyəzən sakinləri, 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev, 29 yaşlı Turan Mahir oğlu Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR