Azərbaycanda yük və minik avtomobili toqquşdu - 5 nəfər yaralandı

Azərbaycanda yük və minik avtomobili toqquşdu - 5 nəfər yaralandı
SOSİAL
14:17 17.03.2023
724
Biləsuvar rayonunda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR