Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM Unikal-a istinadla xəbər verir ki, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəqliyyat vasitəsində olan şəxslər - "Azərişıq” ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.