Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır
İQTİSADİYYAT
12:21 19.06.2026
269
Son günlər ölkə bazarlarında yumurtanın qiymətində ciddi ucuzlaşma qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, əvvəl 1 ədədi 9-17 qəpiyə satılan yumurtalar hazırda bəzi marketlərdə 3-4 qəpiyə təklif olunur. Hətta ayrı-ayrı satış məntəqələrində yumurtanın 1 qəpiyə qədər endirildiyi də bildirilir.

Qiymət enişinin əsas səbəbi kimi mövsümi amillər göstərilir. Yay aylarında yumurta istehlakının azalması, bununla paralel istehsalın artması bazarda təklifin yüksəlməsinə səbəb olur.

Bundan başqa, yumurta ixracının azalmasının da qiymətlərin ucuzlaşmasına təsir göstərdiyi istisna edilmir.
OXŞAR XƏBƏRLƏR