Azərbaycanda yumurta yenidən bahalaşdı

Azərbaycanda yumurta yenidən bahalaşdı
MARAQLI
23:12 19.08.2011
1904
Son bir həftədə Azərbaycanda yumurtanın qiyməti 25-30 faiz artıb. Ötən həftə 10 qəpiyə satılan yumurta indi 12-13 qəpiyə təklif edilir. Alıcılar deyir ki, qiymət artımı qısa müddətdə baş verib. Yumurtanın Ramazan bayramı ərəfəsində bahalaşması isə alıcıları narazı salıb.
 Pərakəndə satış məntəqələrində satıcılar deyir ki, son 3-4 gündə yumurtanın alış qiymətində 1-2 qəpik artım var. Əvvəllər olduğu kimi indi də onlar məhsulun qiymətinin üstünə 1-2 qəpik qoyub satırlar. 
 «Əvvəllər 9 qəpiyə gəlirdi. Biz 10 qəpiyə satırdıq. İndi 10 qəpiyə gəlir biz də üstünə 1-2 qəpik qoyub satırıq»,- deyə satıcı Ceyhun Quliyev bildirib. 
 Yumurtanın qiymətinin mövsümlə əlaqədər bahalaşması da inkar olunur. Bəzi satıcılar bildirir ki, belə bir səbəb olsaydı, kənd yumurtalarının da qiyməti qalxardı. «Kənd yumurtası əvvəllər də olduğu kimi 20 qəpikdir»,- deyə satıcı Vaqif Seyfullayev bildirib. 
 Ölkədə fəaliyyət göstərən quşçuluq fabriklərində isə istehsal qiymətlərinin artmadığını bildirirlər. Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyir ki, əvvəllər olduğu kimi fabriklərdə yumurtanın topdansatış qiyməti 7 qəpikdir. 
 Aydın Vəliyevin dediynə görə, indi müəssisələr tam gücü ilə işləyir və məhsul qıtlığından söhbət gedə bilməz. «İndiki qiymət artımı bazardakı işbazların əməlidir. Bayram ərəfəsində yumurtaya tələbatın artmasından istifadə edib qiymətləri süni şəkildə qaldıranlar var. Bəzi adamlar var ki, onlar topdansatış obyektlərindən götürüb mağazalara paylayır, qiymətləri qaldırırlar»,- deyə Aydvn Vəliyev vurğulayıb. 
 Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov isə hesab edir ki, iyuldan başlayaraq toyuqların yumurtalaması zəifləyir, bu da istehsalın aşağı düşməsinə təsir edir. İstehsalın azalması və tələbatın çoxalmasından istifadə edən bəzi işbazlar qiymətləri artırmağa cəhd edir. Antinhisar Xidmətindən isə bildirirlər ki, quşçuluq məhsulları bazarında qiymətlərə nəzarət olunur. Hələlik aparılan monitorinqlər nəticəsində süni qiymət artımı halları qeydə alınmayıb. Məlumat üçün bildirək ki, hər il Azərbaycanda 1 milyard ədəd yumurta yeyilir. Ölkənin yumurtaya olan tələbatının 90 faizə qədəri yerli istesal hesabına ödənilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR