Azərbaycanda öz qızlarına qarşı əxlaqsızlıq edən şəxsə yüngül cəza verildi

KRİMİNAL
14:19 27.05.2024
557
Abşeron rayonu ərazisində yaşadıqları evdə iki qızına qarşı əxlaqsız hərəkətlər etmiş 42 yaşlı kişi cinayət məsuliyyətinə cəlb edilib.

AZXEBER.COM xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153.3-cü (16 yaşa çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər - onu tərbiyə etmək vəzifəsi daşıyan şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılmış Natiq Zamanova (ad-soyad şərtidir) hökm oxunub.

Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə N.Zamanov törətdiyi əməlləri etiraf edib və özünü təqsirli bilib. Onun valideyn kimi himayəsində yaşayan yetkinlik yaşına çatmayan qızlarını tərbiyə etmək vəzifəsini daşımasına baxmayaraq, cəmiyyətdə qəbul edilmiş əxlaq normalarını və qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yaşadığı evdə zor tətbiq etmədən 2 övladına qarşı əxlaqsız hərəkətlər törətməsi qeyd edilib. Məlum olub ki, qızlar təhsil aldıqları orta məktəbdə psixoloqla söhbət zamanı atalarının əməlləri barədə danışıblar. Daha sonra direktora bu barədə bildirilib və yeniyetmələrin anası məlumatlandırılıb.

Məktəbdən Abşeron Rayon İcra Hakimiyyətinə və oradan sığınacağa göndərilən qızlar bir müddət psixoloji yardım alıblar.
Məhkəmədə hər iki qız və anaları Natiqdən şikayətçi olmadıqlarını və onunla barışdıqlarını bildiriblər.

Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə N.Zamanova 2 il 2 ay həbs cəzası verilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb