Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb.
AZXEBER.COM xəbər verir, ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir.
İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, onların ruhuna dualar oxuyurlar.
Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.
Azərbaycanın məscidlərində "Şükür” namazları qılınır.