Azərbaycanda Üzeyir günü olacaq

Azərbaycanda Üzeyir günü olacaq
ŞOU-BİZNES
12:39 16.09.2011
1598
Hər il olduğu kimi bu il də 18 sentyabr – dahi Üzeyir Hacıbəylinin doğum günü Azərbaycanda Üzeyir Musiqi Günü kimi qeyd olunacaq. 

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, həmin gün səhər Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin Fəxri Xiyabandakı məzarları ziyarət olunacaq. 

Saat 11.00-da Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri çıxış edəcək. 

Saat 14.00-da Ü.Hacıbəylinin ev muzeyində “Üzeyir Hacıbəyli” adlı mərasim olacaq. 

Axşam saat 19.00-da isə Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutacaq. Gecədə Elnarə Kərimovanın rəhbərlik etdiyi “Buta” kamera xoru konsert proqramı ilə çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR