Azərbaycandakı cinçıxarma dünyaca məşhurlaşdı - VİDEO - FOTO

SOSİAL
12:52 06.06.2016
8748

Azərbaycanda bir müddət əvvəl "cinçıxarma" əməliyyatlarından birinin əks olunduğu video sosial şəbəkələrdə yayılandan sonra dünyanın məşhur kütləvi informasiya vasitələrində də müzakirə olunmağa başlanıb.

Qurani-Kərim oxunmaqla vücudundan "cin çıxarılan" qızın "malicəsi" barədə Britaniya, ABŞ, Kanada, Fransa mediası geniş məlumatlar yayıb.

Bu ekzorsizm səhnəsinin xurafat olduğu vurğulanıb, vücuddar şər ruhların, cinlərin çıxarılmasının məntiq və təbabətlə heç bir əlaqəsi olmadığı bildirib.

The Daily Mail-də dərc olunmuş məlumatda isə bildirilir ki, Qurani-Kərimdə cinlər "tüstüsüz alovdan yaranan varlıqlar" kimi göstərilir.

OXŞAR XƏBƏRLƏR