Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanladılar

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanladılar
SİYASƏT
13:08 25.03.2025
498
Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar.

AZXEBER.COM müraciəti təqdim edir:

-Hörmətli Baş nazir,

Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq, Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bir neçə bəzi din xadimi ilə birgə Sizə ünvanladığı və yanlışlıq yaradan son məktubla bağlı dərin narahatlığımızı bildirmək üçün Sizə müraciət edirik. Bölgəmizdəki siyasi hadisələrə din prizmasından baxaraq, bu məktub yanlış məlumatlar ehtiva edir və açıq şəkildə Ermənistanla Azərbaycan arasında mövcud sülh prosesini təhlükəyə atmaq səylərinin bir hissəsidir.

Ermənistanla Azərbaycan arasında münaqişənin yeganə səbəbi 30 ildən artıqdır ölkəmizin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı olub. İndi Azərbaycan öz ərazilərini azad etdikdən, beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra münaqişə başa çatdı.

Hazırda Azərbaycanda məhkəmə qarşısına çıxan erməni vətəndaşlar "əsir” və ya "hərbi əsir” deyillər. 1991-2023-cü illərdə, eləcə də SSRİ-nin son illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü çərçivəsində azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törətdiklərinə dair çoxsaylı etibarlı və konkret sübutlar mövcuddur. BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilmiş "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında" 2019-cu il üzrə hesabatda (a/74/676 – S/2020 / 90) ermənilərin işğal zamanı törətdikləri insanlıq əleyhinə cinayətlər haqqında ətraflı məlumat verilir: https://t.co/bSVDxuJYSZ

Bəzi şəxslərin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil hüququ təmin olunur, heç vaxt hər hansı bir pis rəftardan şikayət etməyiblər və məhkəmə prosesləri şəffaf şəkildə aparılır. Bu yaxınlarda - martın 13-də BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun rəyində (a/HRC/VGAD/2024/46) Ruben Vardanyan işi üzrə ədalətli məhkəmə icraatından imtina edilməsi barədə iddialar rədd olundu, məhkəmə prosedurları isə beynəlxalq standartlara uyğun olaraq qəbul edildi.

Bu məhkəmə prosesi günahsız təcavüz qurbanlarının hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi və hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə Azərbaycanın münaqişədən sonrakı səylərinin bir hissəsidir. Ona görə də bu erməni şəxslərin azad edilməsi çağırışları müharibə cinayətlərinin qurbanı olmuş minlərlə azərbaycanlıya hörmətsizlik, eləcə də Azərbaycanın məhkəmə sisteminə müdaxilə əlamətidir. Bu çağırışlar həmçinin beynəlxalq normaların, eləcə də insanlığın əsas prinsiplərinin təhqir və pozulmasıdır. Cəzasızlıqla barışmaq olmaz.

Hörmətli Baş nazir, Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi unikal məkandır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və biz fəxr edirik ki, dünyada etnik, dini, irqi ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər konfessiyaların nümayəndələrinin harmoniya, firavanlıq şrəaitində necə bir yerdə yaşamalarının nümunəsi kimi çıxış edir.

Hamımız bilirik ki, eyni şey İngiltərə üçün də xasdır. Burada inklüzivlik, inteqrasiya və qarşılıqlı hörmətə sadiqlik həyatın bütün təbəqələrindən olan insanların inkişaf etmələrinə və harmoniyada yaşamalarına imkan verdi.

Böyük Britaniyada yaşayan və inkişaf edən Azərbaycan icması Britaniya cəmiyyətinin qonaqpərvərliyinin və həmrəyliyinin bariz nümunəsidir. Ermənistanla Azərbaycan arasında əvvəlki münaqişənin dinlə heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, bəzi erməni din xadimləri sülh prosesini pozmaq üçün Ermənistan ilə Azərbaycan arasında əvvəlki münaqişə kontekstində ixtilaf doğuran dini ritorikadan istifadə ediblər.

Erməni cəmiyyətindəki bu daxili fikir ayrılıqlarının indi başqa ölkələrə yayılması təəccüblü olmasa da, London arxiyepiskopu və Böyük Britaniyanın bəzi digər dini liderlərinin yalan şərhlər əsasında bölgəmizdə siyasi müzakirələrə cəlb edilməsi narahatlıq doğurur.

Ermənistan və Azərbaycan 2020-ci ildən intensiv sülh danışıqları aparırlar. Nəzərəçarpan irəliləyiş olsa da, bir neçə məsələ həll edilməmiş qalır. Biz Böyük Britaniyaya Ermənistanla Azərbaycan arasında keçmiş münaqişəyə dair balanslaşdırılmış mövqeyinə və regionumuzda mövcud sülh prosesini dəstəklədiyinə görə minnətdarıq. Biz əminik ki, Böyük Britaniya hökuməti Azərbaycanın regionda möhkəm sülhün bərqərar olması, eləcə də öz vətəndaşları üçün ədalətin təmin edilməsi üzrə səylərini bundan sonra da dəstəkləyəcək. Son dərəcə məsuliyyətli işinizdə Sizə ən xoş arzularımızı bildirir, Birləşmiş Krallıq xalqının daha da çiçəklənməsi və rifahı üçün dua edirik.

Səmimiyyətlə,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu,

Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili
Alban-Udi Xristian Dini İcmasının sədri,

Zamir İsayev
Bakıdakı Sefarad Yəhudi Dini İcmasının rəhbəri.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb