AZXEBER.COM AzVision.az -a istinadən bölgələrimizin icra başçıları haqqında məlumatları oxuculara təqdim edir.
Maraqlıdır ki, müxtəlif rayonların idarəediciləri özləri əslən haralıdır?
Beləliklə, başlayaq Qazax rayonundan. Bu rayonun icra başçısı Ayaz Əsgərov əslən Tovuz rayonunun məşhur Qovlar şəhərindəndir.
Ayaz müəllimin həmkarı və həmyerlisi Tofiq Zeynalov isə Tovuzuni cra başçısıdır
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev isə əslən Ucardandır.
Qusarda doğulan Şair Alxasov elə doğulduğu rayonu idarə edir.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qonşuluğundakı Qax rayonunda anadan olub.
Göyçayıni cra başçısı Mənsur Məmmədov Quba rayon icra başçısının həmyerlisidir, yəni Ucardandır.
Göyçayın yetirməsi olan Nazim İsmayılov isə Sabirabad rayon icra başçısıdır.
Qaxınicra baçısı Musa Şəkiliyev və İsmayıllının icra başçısı Mirdaməd Sadıqov, Şirvanın icra başçısı Mərdan Camalov idarəetdikləri rayonların yetirmələridir.
Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əslən Bərdədəndir.
Lerik Rayonu İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Xızı Rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov Bakıdandırlar.
Xaçmazrayon icra başçısı Şəmsəddin Xanbabayev Ordubaddan, Kürdəmirin icra başçısı İrşad Əliyev Goranboydan, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Göygöl şəhərində anadan olub, Salyanın icra başçısı Tahir Kərimov isə Naxçıvandandır.
Şəkişəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Mingəçevirdə,Şamaxınınrəhbəri Asif Ağayev Sabirabadda,Ağstafarayonunun icra başçısı Məhərrəm Quliyev Lənkəran şəhərində anadan olub.
Daşkəsəninicra başçısı, sabiq deputat Əhəd Abıyev əslən cənub zonasındadır, Masallıda doğulub.
Bərdərayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,Şəmkirrayon icra başçısı Nazim Veysov,Gədəbəyrayonu İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov Qərbi Azərbaycandandırlar.