Azərbaycandan Ermənistana cavab: "Cəfəng iddiaları qətiyyətlə rədd edirik"

Azərbaycandan Ermənistana cavab: "Cəfəng iddiaları qətiyyətlə rədd edirik"
SİYASƏT
17:16 01.05.2023
448
"Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın "Azadlıq” radiosunun sualına cavabında Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisində qüvvələri, 8 kəndin hələ də işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur və onları qətiyyətlə rədd edirik".

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın "Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

"Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir.

Göründüyü kimi Ermənistan tərəfi Laçın yolunda etiraz aksiyalarını şərh edərkən, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və hərbi təxribatlar üçün istifadəyə qarşı olduğunu unudub və Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarının yanlış təfsir etməkdən hələ də çəkinmir.

Azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya "Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və "Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu" barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsi faktını Ermənistan tərəfinin hələ də həzm edə bilmədiyi acınacaqlıdır.

Ermənistan tərəfinin Azərbaycana qarşı son 30 ildə törətdiyi mina təhdidləri məsələsindən boyun qaçırması və öhdəliyi öz üzərindən atması təəssüf doğurur. Məsələ üzrə sonuncu Məhkəmə dinləmələri bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Eyni zamanda, mina məsələsində mahiyyət üzrə qərarın sonrakı dövrə saxlanılması barədə Məhkəmənin qərarının Məhkəmənin məsələni rədd etməsi kimi qələmə verilməsi tamamilə yanlışdır. Bu müvəqqəti qərar Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmədiyi bəllidir.

Ümumiyyətlə müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın Azərbaycanı təcavüzdə, "etnik təmizləmədə” və Ermənistana məxsus kəndlərin işğalında təqsirləndirməsi absurddur.

Ermənistanın hələ Üçtərəfli bəyanatı imzalayan zaman üzərinə götürdüyü öhdəlik çərçivəsində Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kənlərin Azərbaycana məxsusluğunu sual altına qoyması bu ölkənin hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir.

Ermənistan baş naziri Nikol Paşinyanın müharibəni uduzmağın Ermənistanda olan "5-ci kolonla” əlaqələndirməsi və müharibənin Ermənistan silahlı qüvvələri tərəfindən aparılmasının təsdiq olunduğunu, bütün hərbi komandanlığın Ermənistan Müdafiə Nazirliyinə tabe olmasını, yüksək siyasi və hərbi rəhbərliklərinin qüvvələrin hələ də çıxarılmadığı barədə etiraflarını göz ardına vuran Ermənistan XİN-in sözcüsünün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin olmadığını bildirməsi bu ölkənin xarici siyasətinin yalanlarla bəsləndiyinin göstəricisidir. Uzun müddət məhz qondarma rejimin hərbçiləri kimi təqdim edilən şəxslərə qarşı Ermənistanın özünün hüquq mühafizə orqanları tərəfindən cinayət işlərinin aparılması bu hərbçilərin məhz Ermənistana tabe olduğunun əyani sübutudur.

Azərbaycan bir daha Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırır. Bölgədə sülh və sabitliyin təmin edilməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən asılıdır", - nazirlikdən qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı