Azərbaycandan Fransa terroru ilə bağlı - Rəsmi mövqe

Azərbaycandan Fransa terroru ilə bağlı - Rəsmi mövqe
SOSİAL
10:02 15.07.2016
2377

“Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyirik. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

AZXEBER.COM xəbər verir ki, bu açıqlamanı Azərbaycan XIN-in mətbuat xidmət Nitsada törədilmiş terror aktı ilə əlaqədar yaydığı açıqlamada bildirib. Açıqlamada bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: “Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq”.

OXŞAR XƏBƏRLƏR