Azərbaycandan futbolla bağlı daha bir böyük addım

Azərbaycandan futbolla bağlı daha bir böyük addım
İDMAN
20:15 05.04.2012
1641

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri tələbələrlə görüş keçirib.

ADU-nun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, təqdimat mərasimində çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Azərbaycanda son 10 ildə idmanın sürətlə inkişaf etdiyini və dövlət başçısının bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Ölkəmizin bir sıra aparıcı idman növləri üzrə keçirilən beynəlxalq yarışlara ev sahibliyi etdiyini deyən prorektor bu il ölkəmizdə 17 yaşlı qadınlar arasında dünya çempionatının keçiriləcəyini tələbələrin diqqətinə çatdırıb. Ə. Əliyev Azərbaycanın tanıdılmasında və nüfuzunun artmasında idmanın mühüm rol oynadığını vurğulayıb. Prorektor ADU tələbələrinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyinə də toxunub. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin (YTK) Könüllülük proqramının direktoru Vüqar Rüstəmli və proqramın nümayəndəsi Nərmin Abbasova çempionatın ümumi tanıtımı və könüllülük proqramı haqqında tələbələrə ətraflı məlumat veriblər. Təqdimatda çempionata hazırlıq çərçivəsində görülən işlər, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyətindən danışılıb. V. Rüstəmli FİFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət milli yığmamızdan bəhs edib. Gənclərə dünya çempionatında yaradılmış geniş imkanlardan söz açan proqram rəhbəri tələbələri Könüllülük proqramında aktiv iştirak etməyə çağırıb. O, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı tələbələri məlumatlandırıb. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlanan sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazandılar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
15:25 13.05.2025
Bəzi məktəblərdə 11-ci siniflər dərsə niyə gəlmir? -Direktorlar nəyin qarşılığında buna göz yumur?
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
15:23 13.05.2025
İşçilərin maaşını aylarla gecikdirən direktor həbs olundu – MƏHKƏMƏ HÖKM VERDİ
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
15:22 13.05.2025
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 53 minə çatır
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
15:21 13.05.2025
İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
15:19 13.05.2025
Azərbaycanda yenilik – Moral Akademi “Diplomatik Protokol və Zərif Davranışlar” layihəsinə start verir
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
15:17 13.05.2025
Rusiya: Donetsk vilayətində yaşayış məntəqəsini ələ keçirdik
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
15:17 13.05.2025
Şərurlu İsfəndiyar məhkəməyə gəldi
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
15:15 13.05.2025
Polis insan alverinə görə bu qadınları axtarır - FOTO
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
15:03 13.05.2025
"Mamagama" bu gün "Avroviziya 2025"də səhnəyə çıxacaq
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
14:54 13.05.2025
Dünya ulduzları Qəzza üçün açıq məktub ünvanladı
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
14:52 13.05.2025
60 yaşlı Monika Belluççi "Vogue" jurnalının üz qabığında
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
14:47 13.05.2025
Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir həftə əvvəl check-up olunubmuş...
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
14:38 13.05.2025
Əməkdar artist səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması
14:33 13.05.2025
Putin Türkiyəyə gələcəkmi? - Kremldən son dəqiqə açıqlaması
Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu
14:25 13.05.2025
Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu
"Uzak şehir"in prodüserləri Midyat məktəbi üçün labaratoriya yaratdı
14:23 13.05.2025
"Uzak şehir"in prodüserləri Midyat məktəbi üçün labaratoriya yaratdı