Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb.
AZXEBER.COM Oxu.az-a istinadən bildirir ki, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.
Qəza zamanı "Mercedes Vito" və "QAZ-66" markalı avtomobillər toqquşub. Hadisəyə "QAZ-66" markalı avtomobilin qarşı yola çıxması səbəb olub.
Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycandan gedən mikroavtobus qəzaya düşdü: ölənlər var
09:19
Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı miniven qarşı yola çıxan "ZİL" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır.