"Azərbaycandan geri qalırıq"

İDMAN
14:54 31.08.2015
1429

"Bizim klubların bu mövsüm Avrokubokdakı çıxışı məni çox məyus etdi. Azərbaycan və Qazaxıstan kimi ölkələr qrupda təmsil olunacaqlar".

Bunu Bolqarıstan millisinin baş məşqçisiİvaylo Petevdeyib.

Avro-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan bolqarların çalışdırıcısı "Qarabağ" və "Qəbələ"nin Avrokubokdakı uğurlu çıxışına biganə qalmayıb. O, Azərbaycanla Bolqarıstan klublarının çıxışını da müqayisə edib: "Klublarımızın heç biri Avrokubokda qrupa qədər irəliləyə bilmədi. Ancaq elə ölkələrin komandaları bunu bacardılar ki, onlar futbol ölkəsi sayılmırlar. Məsələn, Qazaxıstan və Azərbaycanın adını çəkə bilərəm. Biz bu baxımdan onlardan geri qalırıq. Bu amil də təbii ki, futbolçulara çox pis təsir edəcək". Qeyd edək ki, Bolqarıstan - Azərbaycan oyunu oktyabrın 13-də keçiriləcək.

//milli.az

OXŞAR XƏBƏRLƏR