Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb
SOSİAL
10:23 02.08.2019
2790
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə Səudiyyə Ərəbistanına yola düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, ilk qrupa 180 zəvvar daxildir. Digər 180 zəvvardan ibarət qrup isə bu gün günorta saatlarında yola düşəcək.

Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
OXŞAR XƏBƏRLƏR