Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə!

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə!
SOSİAL
14:55 18.04.2017
755
Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub.

Bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib. 

Onun sözlərinə görə, əgər bundan sonra Həccə getmək üçün əlavə müraciətlər daxil olarsa, bu məsələyə QMİ-də baxılacaq və müvafiq qərar qəbul ediləcək.

H.Babayev kvotanın artırılacağını istisna etməyib.

Qeyd edək ki, Azərbaycanda bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb. Ziyarət üçün vahid qiymət - 3850 dollar müəyyənləşdirilib.
OXŞAR XƏBƏRLƏR