Azərbaycandan İrana ziyarət turları davam edirmi?

Azərbaycandan İrana ziyarət turları davam edirmi?
SOSİAL
13:30 24.02.2020
2390
Çin Xalq Respublikasında aşkar edilən və son günlər qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dünyanın bir çox ölkələri - Pakistan, Əfqanıstan, Türkiyə, İordaniya, İraq, Gürcüstan və Ermənistan koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəd məntəqələrini bağlayıb. Eyni zamanda Azərbaycan da İranla gömrük sərhəd keçid məntəqələrində müəyyən məhdudiyyətlər tətbiq edib. 

Bəs, görəsən, Azərbaycandan İranın müqəddəs şəhərlərinə ziyarət turları təşkil edən şirkətlər səfərlərini davam etdirirmi?

Məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"a bildirilib ki, müqəddəs şəhərlərə ziyarət turları turizm şirkətləri tərəfindən həyata keçirildiyindən Dövlət Komitəsinin ziyarət səfərlərinə hər hansı məhdudiyyət qoymaq kimi səlahiyyəti yoxdur.

"Report"un araşdırması nəticəsində məlum olub ki, Azərbaycanda bəzi turizm şirkətləri İrana ziyarət turlarını təxirə salmayıb, bəziləri isə səfərləri ləğv edib.

"Salam Tour" şirkətindən "Report"a bildirilib ki, hazırda İrana ziyarət səfərləri mart ayı üçün nəzərdə tutulub: "Novruz bayramı ərəfəsində İrana ziyarət turlarımız var. O zamana qədər əgər koronavirusla bağlı problemlər dəf olsa, səfərlərimiz baş tutacaq. Əks halda, turlar təxirə düşəcək. Səfərlər təxirə düşdüyü təqdirdə bizim turların iştirakçısı olmaq üçün müraciət edən şəxslərin etdikləri ödənişlər də geri qaytarılacaq".

"Furqan Travel" şirkətindən isə "Report"a bildirilib ki, hazırda şirkət İrana ziyarət turlarını həyata keçirir:

"İranla gömrük-sərhəd-keçid məntəqələrimiz tam bağlanmayıb. Gediş-gəlişlər müəyyən saatlarda həyata keçirilir. Sadəcə olaraq, sərhəddə insanlara zəruri deyilsə, İrana səfər etməmələri barədə tövsiyələr verilir. Fevralın 23-də Birləşmiş turizm şirkətləri tərəfindən Azərbaycandan İrana ziyarət səfərlərinə qruplar çıxıb. Onlar sağ-salamat İrana çatıblar. Heç bir problem də yoxdur. Bu gün də yeni qruplar çıxmalıdır. Sadəcə olaraq ziyarətlər zamanı Qum şəhərinə və ətrafına gedişlər dayandırılıb".

"Peak Travel" şirkətindən də "Report"a verilən məlumata görə, şirkət sentyabrın 22-də İrana ziyarət turları təşkil etsə də, səfərlər koronavirus epidemiyasının yayılması şübhəsi ilə təxirə düşüb:

"Biz mütəmadi olaraq İranla əlaqə saxlayırıq. Bizə dedilər ki, gediş-gəliş bağlanıb. Ona görə də səfərlərimizi təxirə saldıq. Buna görə də ziyarətə getmək üçün bizə müraciət edənlərin etdikləri bütün ödənişləri geri qaytarıldı. Həmin şəxslərə real vəziyyəti izah edib başa saldıq. Problemlər aradan qaldırılandan sonra turlara yenidən start veriləcək".

Qeyd edək ki, Çində koronavirus epidemiyasından ölənlərin sayı 2 592 nəfərə çatıb. Qonşu İranda isə bu xəstəlikdən ölənlərin sayı 18 nəfərə çatıb. Ümumilikdə isə, bu ölkədə koronavirusa 28 yoluxma halı qeydə alınıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi koronavirusun yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq Azərbaycan vətəndaşlarını İrana səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edib. Qeyd olunub ki, hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər