Azərbaycandan külli miqdarda pul çıxarılmasının qarşısı alınıb

Azərbaycandan külli miqdarda pul çıxarılmasının qarşısı alınıb
SOSİAL
12:27 06.10.2016
1167

 

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttindən istifadə etməklə Rusiyaya gedən Azərbaycan vətəndaşının  əl yükünə rentgen cihazı vasitəsilə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yoxlama zamanı 2 ədəd polietilen bağlamadan əvvəlcədən gömrük orqanına bəyan olunmayan 225 ədəd 5000-lik, 615 ədəd 1000-lik və 520 ədəd 500-lük əsginaslar olmaqla ümumilikdə 2 milyon rus rublu aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR