"Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”

"Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”
SİYASƏT
12:46 23.09.2021
1351
"İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanı hədələyirsə, aydındır ki, bunlar cavabsız qalmayacaq”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
 
Politoloqun sözlərinə görə, Azərbaycan İranla münasibətlərdə problem istəmir: "Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb. Mövlud Çavuşoğlu və Hüseyn Əmirabdullahian Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər. İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Azərbaycan İranla münasibətlərdə problem istəmir. Ancaq İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanı hədələyirsə, aydındır ki, bunlar cavabsız qalmayacaq. Üstəgəl Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayıb. Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilməzkən, nədən torpaqlar işğaldan azad olunduqdan sonra Tehran həmin məntəqədə təlim keçirməyə qərar verdi?”.
 
Politoloq onu da qeyd edib ki, mövcud durumun Türkiyəni də narahat etməsi üçtərəfli görüşə ehtiyac yaradıb: "Mövcud durum Türkiyəni də narahat edir. Ona görə üçtərəfli görüşə ehtiyac yaranıb ki, məsələlərə aydınlıq gətirilsin. Əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur. Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib ki, görüş yeri kimi İran paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amulinin aşağılayıcı dili ilə deyil diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər”.
 
Elxan Şahinoğlu bildirib ki, Tehran Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacağını anlamalıdır: "İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq. Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyi süni surətdə artırılmasına yol verməməkdir. Misal üçün İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və ya Seyid Amulinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə yaşıl işıq yandıranın zərəri daha çox olacaq. Tehran da anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Messi və Suares futbol klubu təsis ediblər
02:50 28.05.2025
Messi və Suares futbol klubu təsis ediblər
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
02:27 28.05.2025
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
01:49 28.05.2025
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik