"Azərbaycanı məğlub etmək və play-offa zəmanət vermək istəyirik"

İDMAN
13:31 03.06.2024
272
2025-ci il Avropa çempionatının seçmə mərhələsinin B Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə Qadın Futbolu üzrə Milli Komandanın məşqçisi Necla Güngör Azərbaycanla oyun öncəsi açıqlama verib. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Azərbaycan matçından əvvəl komandanın oyuna hazır olduğunu və pley-offa zəmanət vermək istədiklərini bildirib.
 
"Azərbaycanın çətin və aqressiv oyununu Bakıda davam etdirəcəyini düşünürük. Rəqibimiz müdafiədə qazandığı toplarla sürətli və birbaşa hücuma çalışacaq. Bununla belə, bütün gücümüz ilə çalışdıq. Biz komanda və heyət olaraq çox çalışırıq. Bu səyin mükafatını almaq istəyirik. Sabah burada Azərbaycanı məğlub etmək və play-offa zəmanət vermək istəyirik".
 
Günel Hüseynli


OXŞAR XƏBƏRLƏR