Azərbaycanı tənqid edən aktrisanın Bakıda səhhəti niyə pisləşdi?

MAQAZİN
23:13 15.04.2015
3260

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə bu gün Bakıda yayıma girən yeni filminin təqdimatına qatılmayıb.

AZXEBER.COM xəbər verir ki, “Son məktub” filmi ilə bağlı keçirilən mətbuat konfransına qatılmayan aktrisanın səhhətində problemlər olduğu deyilir.

Xatırladaq ki, Nəzrin Cavadzadə bir çox türk seriallarında və filmlərində rol alıb. Onun ermənilərin Türkiyədə yayımlanan “Agos” qəzetinə verdiyi müsahibədə Azərbaycanla bağlı bəzi fikirlər səsləndirmişdi.

N.Cavadzadə Azərbaycanda fərqli düşüncəli insanlara qarşı təzyiqlər olduğunu iddia edərək bu ölkədə yaşaya bilməyəcəyini demişdi. Bu mənada aktrisanın bəzi suallara cavab verməkdən yayındığı və buna görə mətbuat konfransında iştirak etmək istəməməsinin səbəbi tam olaraq aydın olur.

OXŞAR XƏBƏRLƏR