'Azərbaycanı və Rusiyanı qarşıda böyük işlər gözləyir'

SİYASƏT
17:00 14.08.2013
1447

Müasir Azərbaycan Rusiya ilə energetika sahəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu 1news.az-a müsahibəsində Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatıAsim MollazadəRusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya dünənki səfərinin yekunlarını şərh edərkən bəyan edib.“Azərbaycan hər zaman Rusiya ilə mehriban qonşuluq siyasətini davam etdirib. Rəsmi Bakı Moskva ilə iqtisadiyyat, təhsil, mədəniyyət sahələrindəki tərəfdaşlıq münasibətlərini yoluna qoyub ki, bu da Azərbaycan üçün mühüm məsələdir. Düşünürəm ki, Putinin səfəri bu münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirir” – A.Mollazadə bildirib.Onun sözlərinə görə, prezident V.Putinin səfəri həmçinin müasir Azərbaycanın Rusiya ilə energetika sahəsində əməkdaşlığının yeni mərhələsinin başlanğıcı deməkdir.Deputat qeyd edib ki, tərəflər arasında energetika sahəsində imzalanan sazişlər və Vladimir Putinin özünün Bakıya səfər etməsi onu bariz şəkildə sübuta yetirir ki, Azərbaycan nəinki Avroatlantika blokunun ölkələri ilə energetika əməkdaşlığını inkişaf etdirməyə nail olacaq, həmçinin Rusiya ilə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayacaq.Azərbaycanla Rusiya arasında 2015-ci ilə qədər humanitar sahədə əməkdaşlıq Proqramının imzalanmasını şərh edən parlamentari qeyd edib ki, bu sahədə əməkdaşlıq daha çox Azərbaycanı maraqlandırır və Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir.“Hər şeydən əvvəl, söhbət mədəniyyət, təhsil sahəsində əməkdaşlıqdan gedir. Rus mədəniyyəti Azərbaycan mədəniyyətinin, o cümlədən, milli musiqi və elmi məktəblərin inkişafında böyük rol oynayıb” – A.Mollazadə deyib.O əminliyini ifadə edib ki, sözügedən sənədin imzalanması hər iki tərəfə humanitar sahədə əməkdaşlığın mövcud potensialından istifadə etmək üçün imkanlar yaradacaq.“Azərbaycanı və Rusiyanı bu baxımdan qarşıda böyük işlər gözləyir, bu işlər sözügedən sahədə münasibətlərin konkret xarakter alması üçün mühüm addım olacaq” – A.Mollazadə vurğulayıb.

OXŞAR XƏBƏRLƏR