Azərbaycanın 3 yaşlı “Vanqa”sı - Göz bəbəkləri yoxdur, hər şeyi əvvəlcədən hiss edir

Azərbaycanın 3 yaşlı “Vanqa”sı - Göz bəbəkləri yoxdur, hər şeyi əvvəlcədən hiss edir
SOSİAL
11:48 06.03.2018
7504
Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.
 
BakuPost xəbər verir ki, Fatimənin Sputnik Azərbaycan-a danışan nənəsi Aygün Qafarova deyir ki, nəvəsinin gözlərinin görməsinə ümidlərini itirməyiblər: "Fatimə ana bətinindəykən bir neçə dəfə USM-də müayinə olunub. Həkimlər həmişə hamiləliyin normal keçdiyini bildiriblər. Hətta Fatimə anadan olanda belə, həkimlər onun gözlərinin olmadığından xəbərsiz oldular. Uşağı xəstəxanadan çıxarıb evə gətirəndən sonra özümüz gördük ki, uşaqda gözlərinin yuvası var, amma özü yoxdur". 

Çarəsiz nənə bildirir ki, ilk günlər Fatimənin müalicəsi üçün müxtəlif xəstəxana və klinikalara müraciət ediblər, lakin hər yerdə onlara ancaq "birinci dəfədir bu cür halla rastlaşırıq" cavabını veriblər. Artıq ailə bütün ümidlərini itirmək üzrə olduğu vaxtda bir ümid işığı yanıb.

"Fatimə danışmağa başlayanda gözünün üç yaşından sonra "Allah" tərəfindən açılacağını deyirdi, biz isə onun bu sözlərini ciddiyə almırdıq. İki yaş yarımında onun gözünün birində bəbək yaranmağa başladı. Bunun bizə "Allahın hədiyyəsi" olduğuna ümidlənərək, müalicə üçün Heydər Əliyev Fonduna müraciət etdik", — deyir nənə.
 

 


 
Bundan sonra qısa zamanda ailənin müraciətinə baxılıb və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicəsi təşkil edilib. Təxminən dörd-beş ay müalicə olunub. Həkimlər bildiriblər ki, bir gözü müəyyən faiz görə bilər.

Aygün Qafarovanın sözlərinə görə, həkimlərdən bu xəbəri eşitmək ailəyə təsəvvürəgəlməz sevinc hissi bəxş edib. Lakin ailənin xoşbəxtliyi çox çəkməyib. 3 ay əvvəl Fatimə yenidən həkimə aparılıb, analizləri verilib. Amma ödənişi verə bilmədikləri üçün müayinənin cavablarını ala bilməyiblər.

"Ödənişi tam ödəməyəcəyimiz təqdirdə, müayinənin cavabları haqda bizə heç bir məlumat verilməyəcəyi bildirildi", — deyən dərdli nənə Fatimənin gözlərinin açılması ümidi ilə yaşadığını, lakin həkimlərin sözlərinə görə, müalicəsi davam etməzsə, ümidlərinin heçə enəcəyini bildirir.

Həyat yoldaşı Qarabağ müharibəsində birinci qrup əlil, oğlu isə işsiz, ailəsinin maddi imkanları həddən artıq aşağı olan Aygün Qafarova imkanlı şəxslərdən Fatiməyə köməklik göstərmələrini xahiş edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO