Azərbaycanın 30-40 yaşlı “baş bankirləri” – Onları siz də tanıyın!

MANŞET
15:57 15.11.2018
15018
Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir ki, bunlardan ikisi dövlət (Azər-Türk Bank, Azərbaycan Beynəlxalq Bankı), 28-i isə özəl kommersiya bankıdır. Son illərdə isə 13 özəl bankın fəaliyyətinə xitam verilib.

AZXEBER.COM bank rəhbərləri ilə bağlı araşdırma aparıb. Bankların fəaliyyətinə cavabdeh olan şəxslərin indiyə qədərki fəaliyyətindən bəhs edən araşdırma rəsmi qaynaqlara istinadən hazırlanıb.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr əvəzi Abbas İbrahimov 1981-ci ildə anadan olub. 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili alıb. 
 

 

Peşəkar fəaliyyətinə 2005-ci ilin sentyabr ayında "Bank of Baku”da Tədqiqat şöbəsinin mütəxəssisi vəzifəsindən başlayaraq, bir müddət sonra şöbə müdiri, departament direktoru, İdarə Heyəti Sədrinin Müavini, Riteyl biznes sahəsinin rəhbəri, İdarə Heyətinin sədri olub.

"Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev 1972-ci ildə anadan olub. 1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. Hələ ali məktəbdə oxuduğu zaman, 1992-ci ildə ilk özəl banklardan olan Xəyal Bank-da işləməyə başlayıb.
 

 

1996-cı ildən 2002-ci ilədək "Arko Bank”da işləyib və İdarə Heyəti sədrinin müavini vəzifəsinə qədər yüksəlib. Ardınca "Zamin Bank”, "Qafqaz İnkişaf Bankı”, "Texnika Bank” və digər banklarda yüksək vəzifələr tutub. 2007-2013-cü illər ərzində "Paşa Bank”da İdarə Heyəti sədrinin müavini vəzifəsində olub.

"Paşa Bank”ın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov 1983-cü ildə anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində təhsil alıb. Sonradan təhsilini artıraraq, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
 

 


Peşəkar fəaliyyətinə 2001-ci ildə "Bank Standard”da aparıcı mütəxəssis kimi başlayıb, sonradan həmin bankın İdarəetmə uçotu və büdcə planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə istiqamətinin direktor müavini vəzifələrində işləyib. 09.2006-cı ildən 01.2007-ci ilədək "Ernst & Young” şirkətində auditor vəzifəsini tutub. 2007-ci ildən "Paşa Bank”da fəaliyyətini davam etdirir.
 
"Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov 1977-cı ildə Bakıda anadan olub. 1993-1997-ci illərdə Xəzər Universitetində əvvəl hüquq, sonra isə biznes idarəçilik ixtisası üzrə təhsil alıb. 2002-2003-cü illərdə Britaniyanın «Heriot-Watt University» universitetində beynəlxalq bank və maliyyə təhsili alıb. Müasir innovasiyalar və yenilikləri tətbiq edən "Bank of Baku" müştərilərin böyük etimad və loyallığını qazanıb.
 

 

 

"Access Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov 1978-ci ildə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsində maliyyə istiqaməti üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində "Bank işi və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Bununla yanaşı, A.Həsənov Pensilvaniya Universiteti nəzdində "Ali Bank Məktəbi”ni bitirib. 
 

 


15 ildən artıqdır bank sektorunda çalışan bu bank yarandığı gündən burada çalışır. Mikrokreditləşmə üzrə mütəxəssisi kimi əmək fəaliyyətinə başlasa da, sonradan baş kredit mütəxəssisi, Kiçik və Orta Biznes Departamentində baş mütəxəssis işləyib. Pərakəndə Bankçılıq Departamentinin rəhbəri, İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı olub. Anar Həsənov hələ gənc yaşlarından hazırda rəhbəri olduğu qurumda çalışıb və bankın əldə etdiyi uğurlarda onun xidmətləri danılmazdır.

 

 

"Ata Bank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev 1983-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2003-cü ildə "AtaBank” ASC-nin Xəzinədarlıq Departamentinin Baş mütəxəssisi qismində əmək fəaliyyətinə başlayıb.
 

 


Daha sonra bankın Bank kartları və elektron xidmətlər Departamentinin direktor müavini, Kartlar və elektron ödəniş sistemləri ilə iş şöbəsinin rəisi vəzifəsində çalışıb. 2009-cu ildə "AtaBank”ın İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini, 2014-2016-cı illərdə "Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb. Ölkəmizin nümunəvi banklarından olan "Ata Bank" bir çox kreativ layihələrilə müştərilərin böyük etimadını qazanıb.
 

 


"Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov 1969-cu ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 

2004-2009-cu illərdə "Bank Respublika"da fəaliyyətinə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində başlayıb. 2009-cu ildən Bankın Müşahidə şurasının üzvüdür. 5 yanvar 2017-ci il tarixindən Bankın İdarə Heyətinin sədridir. Uzun müddətlik bank təcrübəsinə malik olan Asəf Namazov təsadüfi deyil ki, əzx etdiyi bu keyfiyyətlərə görə, ölkəmizin ən peşəkar maliyyəçilərindən sayılır. 

 


"Azər Türk Bank”ın İdarə Heyətinin sədri Orxan Hüseynov 1981-ci ildə Bakıda anadan olub. 2007-ci ildən bank sahəsi üzrə fəaliyyət göstərir və ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb. O, 2010-2014-cü ildərdə "Texnika Bank”ın idarə heyətində təmsil olunub və heyətin üzvü olub. 2014-2016-cı illərdə isə "Bank Standart”ın idarə heyəti sədrinin müavini işləyib.
 

 


Xatırladaq ki, 1995-ci ildə yaradılan "Azər-Türk Bank”ın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsidir. 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. Son dövrlər fəaliyyətində ciddi canlanma müşahidə olunur.
 
"Nikoil Bank”ın İdarə Heyətinin sədri Nikoloz Şurqaia həyatının 20 ilindən çoxunu bank sektoruna həsr edib. Tbilisi Dövlət Universiteti və London Biznes Məktəbinin MBA üzrə məzunu olub. 1994-cü ildə Gürcüstan Eximbank və Birləşmiş Gürcüstan Bankında fəaliyyətə başlayıb. Daha sonra Londona köçərək, EBRD Ofisində baş bankir vəzifəsində çalışıb. 
 

 


2008-ci ilin payızından etibarən VTB Bankın (Gürcüstan) Baş Direktoru, 2009-2011-ci illər arasında Belarus Xalq Bankının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. 2012-ci ildə  Azərbaycana gələrək, burada əvvəlcə Rabitəbankın İdarə Heyətinin sədri, sonra isə "Nikoil Bank”ın İdarə Heyətinin sədri təyin olunub.

"Bank VTB”nin İdarə Heyətinin sədri Kirin Yevgeni Anatolyeviç bir ildən artıqdır bu vəzifədə çalışır. Bundan öncə Əmanətlərin sığortalanması agentliyi” Dövlət korporasiyasın, "Krayinvestbank”-ın Müvəqqəti administrasiya rəhbəri, Bank VTB ASC,  Kursk şəhərində filial müdiri Kursk vilayəti üzrə Direksiyanın rəhbəri vəzifələrində çalışıb.
 

 


Ümumiyyətlə isə 2001-ci ildən bank sektorunda çalışır. 2001-ci ildə- Orlov dövlət texniki universitetin Maliyyə-iqtisadiyyat fakultəsini bitirib. İqtisad elmləri namizədidir.1980-ci il təvəllüdlüdür.



// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR