Azərbaycanın 48 saat vaxt verdiyi iranlı diplomatların adları - SİYAHI

Azərbaycanın 48 saat vaxt verdiyi iranlı diplomatların adları - SİYAHI
SOSİAL
10:08 07.04.2023
439
İran səfirliyinin "persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin diplomatlar aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif

Qurbanəli Purmərcan Varcovi

Hadı Moğadam

Əsgər Bahari Xoş Mənzər.

Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona- non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
OXŞAR XƏBƏRLƏR