Azərbaycanın 5 qat dünya çempionu həbs edildi - Qayınatasını döyüb

Azərbaycanın 5 qat dünya çempionu həbs edildi - Qayınatasını döyüb
TOP4
15:52 07.09.2018
4317
Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub. 

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, idmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir. 

Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisidir.
 

 

 



OXŞAR XƏBƏRLƏR