Azərbaycanın adını gizlətdi, cəzasını aldı: Ermənistanda belə etiraf etdilər

Azərbaycanın adını gizlətdi, cəzasını aldı: Ermənistanda belə etiraf etdilər
İDMAN
23:00 07.01.2026
220
İtaliyada keçirilən Tour de Ski beynəlxalq turniri zamanı erməni idmançının forması üzərindəki "Azərbaycan” sözünü lentlə bağlaması qalmaqala səbəb olub.

Hadisəyə münasibət bildirən Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan idmançıya verilən cəzanın tam haqlı olduğunu açıq şəkildə etiraf edib.

Nazir vurğulayıb ki, idman siyasi və ya emosional nümayiş meydanı deyil. Onun sözlərinə görə, beynəlxalq yarışlarda bütün iştirakçılar ədalətli oyun qaydalarına və etik normalara riayət etməlidir.

"İdman idman olaraq qalmalıdır. Yarış arenasında dürüstlük və qaydalara hörmət əsas prinsipdir”, – deyə Andreasyan bildirib.

O həmçinin açıqlayıb ki, məsələ ilə bağlı Ermənistanın müvafiq federasiyasına rəsmi müraciət olunub. Hazırda idmançıya mümkün cərimə və diskvalifikasiya ehtimalı müzakirə edilir.

Qeyd edək ki, Azərbaycan adının gizlədilməsi cəhdi beynəlxalq idman ictimaiyyətində də birmənalı qarşılanmayıb və bu addım idman etikasına zidd davranış kimi qiymətləndirilib.
 
/Musavat.com
OXŞAR XƏBƏRLƏR