Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yaydı

Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yaydı
SİYASƏT
23:55 12.05.2023
264
Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Bəyanatla çıxış edib.

AZXEBER.COM xəbər verir ki, Bəyanatda cari ilin 10-11 may tarixlərində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyi, nəticədə isə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusunun həlak olduğu, Ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralandığı diqqətə çatdırılıb.

Ermənistanın Vaşinqton görüşündən dərhal sonra qəsdən törədilmiş bu təxribatın, Ermənistanın sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını göstərdiyi bildirilib.

Son dövrlərdə Ermənistanda baş verən hadisələrin, xüsusilə Azərbaycan hərbçilərinə qarşı qondarma "məhkəmə prosesi”, "Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin qoyulmasının bölgədə sülh və təhlükəsizliyə təhdid törədən revanşizm meyllərin artdığını nümayiş etdirdiyi qeyd olunub.

Bəyanatda, həmçinin normallaşma gündəliyinin təşəbbüskarı olan və hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparan Azərbaycanın gərginlikdə maraqlı olmadığı, habelə təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüyü söylənib.

Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olduğu, o cümlədən bu ölkəni sülh gündəliyinə sadiq qalmağa təşviq etmək məqsədilə beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AVRO-2026: Azərbaycanın futzal millisi Yunanıstan seçməsinə məğlub olub
22:43 11.03.2025
AVRO-2026: Azərbaycanın futzal millisi Yunanıstan seçməsinə məğlub olub
Sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib
22:32 11.03.2025
Sertifikasiya imtahanında iştirak edəcək əllilliyi olan müəllimlər üçün qaydalara dəyişiklik edilib
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
22:24 11.03.2025
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
22:10 11.03.2025
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
Tanınmış cərrah vəfat etdi
22:06 11.03.2025
Tanınmış cərrah vəfat etdi
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib