Azərbaycanın baş infeksionisti: “Koronavirusa yoluxma halları arta bilər” - VİDEO

Azərbaycanın baş infeksionisti: “Koronavirusa yoluxma halları arta bilər” - VİDEO
TOP4
12:50 01.04.2020
2045
"Xəstəliyin gedişatından asılı olaraq, koronavirus xəstəsi həyatını bir həftəyə də itirə bilər”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Respublikanın baş infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev "Baku TV”nin canlı efirində Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətdən danışarkən deyib.

O bildirib ki, xəstəliyə yoluxanların vəziyyəti ilə bağlı konkret fikir söyləmək çətindir:

"Bəzən həkimlər bu məsələyə doğru yanaşmır. Koronavirusa yoluxan xəstənin fərdi xüsusiyyətlərindən və prosesin gedişatından çox şey asılıdır. Vəziyyət ağır gedərsə, xəstəni bir həftə ərzində də itirə bilərik.

Elə də ola bilər ki, xəstəlik inkişaf edər və sonra bu vəziyyətə gətirib çıxarar. Türkiyəli həkimlər qeyd edirlər ki, ölkə üzrə ölüm halları bir faizdir. Məsələn, bəzi ölkələrdə koronavirusdan ölüm halları altı, Çində iki, İtaliyada isə 12 faizə yaxındır. Xəstəlikdən ölüm faizi regiondan asılı olaraq dəyişir. Azərbaycanda koronavirusdan 5 nəfər ölüb.

Bu xəstəlik 80-85 faiz hallarda yüngül keçir. Ağır xəstələrin təxminən beş faizində kritik vəziyyət yaşanır ki, bu zaman ölüm halları müşahidə edilir. Bütün hallarda biz insan həyatından danışırıq, istər bir nəfər ölsün, istərsə də 10-15. Biz hər kəsin sağlamlığını qorumalıyıq”.

C.İsayev xəstəliyin daha çox yaşlı insanlar arasında ölümə səbəb olduğunu qeyd edib:

"Bunun əsas səbəbi yaşlı insanlarda immum sisteminin zəifliyi və paralel olaraq bəzi xroniki xəstəliklərin olmasıdır. Təkcə yaşlılarda deyil, cavanlar arasında da ölüm faktları qeydə alınıb. Hansı insanda ki, immun sistemi zəifdir və orqanizmdə yanaşı gedən xəstəliklər müşahidə edilir, o şəxslər bu xəstəliyi ağır keçirir. Ölüm riski isə nisbətən yüksək olur.

Mövcud vəziyyətdən asılı olmayaraq, insanlar gigiyenik qaydalara riayət etməsələr, təhlükəli vəziyyət daha da artacaq”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO