Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub

İDMAN
21:00 24.11.2024
293
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

AZXEBER.COM-un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 85:55 qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 4 qarşılaşmadan sonra yığmamız 5 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 8 xala malikdir.

OXŞAR XƏBƏRLƏR