Azərbaycanın bəzi bölgələrində duman olacaq, külək əsəcək – SABAHIN HAVASI

Azərbaycanın bəzi bölgələrində duman olacaq, külək əsəcək – SABAHIN HAVASI
SOSİAL
13:29 16.03.2025
201
Martın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 20-25° isti olacaq.
OXŞAR XƏBƏRLƏR