Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
SOSİAL
15:55 18.12.2022
191

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 19-da əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.

OXŞAR XƏBƏRLƏR