Medianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi

Medianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi
SOSİAL
18:26 03.08.2025
902
Son dövrlər "News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir. Qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir. Müvafiq veb-sayt bu gün dərc etdiyi "Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən "Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada xatırladılır ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək "Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır.

"Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”, - deyə açıqlamada vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
09:11 29.10.2026
Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
09:06 29.10.2026
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
08:58 29.10.2026
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
Bu ərazilərdə qaz olmayacaq
08:53 29.10.2026
Bu ərazilərdə qaz olmayacaq
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
08:46 29.10.2026
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:39 29.10.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
08:30 29.10.2026
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
08:23 29.10.2026
ABŞ-də nüvə laboratoriyasında yanğın baş verib, radiasiya sızıntısı qeydə alınıb
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
08:16 29.10.2026
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
08:06 29.10.2026
Bakının və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
08:00 29.10.2026
18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb
07:52 29.10.2026
Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb